İran uzun mənzilli ballistik raketin sınaqlarını keçirib

İran uzun mənzilli ballistik raketin sınaqlarını keçirib

İran Silahlı Qüvvələri tərəfindən Fars körfəzi və Hörmüz boğazında hərbi təlimlər keçirilib.

Bu barədə Azeri Defence saytı “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) generalı Abbas Nilfuruşan bildirib ki, hərbi təlimlərdə müxtəlif elektro-optik cihazlar, döyüş təyyarələri və PUA-lardan istifadə edilib.

General Nilfuruşan təlimlərin keçirilməsində əsas məqsədlərdən birinin bioloji müharibə şərtləri ilə əlaqəli olduğunu deyib. Habelə, təlimlər zamanı ballistik və kruiz raketlərindən müdafiə olunma məşqləri keçirilib.

General bildirib ki, təlimlər çərçivəsində dənizdəki uzaq hədəfləri vurmaq üçün uzun mənzilli ballistik raketlərdən istifadə edilib. Bundan başqa digər silah və texnikalar sınaqdan keçirilib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş