İran uzun mənzilli HHM sistemləri istehsal edəcək

İran uzun mənzilli HHM sistemləri istehsal edəcək

İran uzun mənzilli, yüksək hündürlüklü hava hücumundan müdafiə sistemlərinin istehsalını planlaşdırır.

“AzeriDefence”nin “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Hava Hücumundan Müdafiə Qoşunlarının Qərargah rəisi general Rza Şaban deyib.

“İran mütəxəssisləri tərəfindən yerli imkanlar hesabına hazırlanan aşağı hündürlükdə hava hücumundan müdafiə sistemlərimiz var və onlar sınaqlardan uğurla keçiblər.

Hazırda uzun mənzilli, yüksək hündürlükdə hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün yaxşı planlarımız var. Yaxın gələcəkdə bu cür fərqli sistemlərin istehsalının şahidi olacayıq”, – deyə Qərargah rəisi bildirib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş