İran “Xürrəmşəhr” adlı yeni ballistik raketini təqdim edib

İran müdafiə həftəsi çərçivəsində keçirilən hərbi parad zamanı “Xürrəmşəhr” adı verilən yeni ballistik raketini nümayiş etdirib.

“AzeriDefence” xəbər verir ki, İslam İnqilabı Keşişçiləri Korpusunun komandanı, general Əmir Əli Hacızadə “Press TV” telekanalına müsahibəsi zamanı yeni ballistik raket haqqında məlumat verib.

Ə. Hacızadə qeyd edib ki, “Xürrəmşəhr” ballistik raketi müxtəlif tip döyüş başlığı daşımaq qabiliyyətindədir. Generalın sözlərinə görə, yeni ballistik raket iki min kilometr məsafə qət edə bilir.

Tehranda keçirilən hərbi paradda İran prezidenti Həsən Ruhani və yüksək vəzifəli hərbçilər iştirak ediblər.

Daha əvvəl İran prezidenti Həsən Ruhani bildirib ki, ölkəsi raket komplekslərinin imkanlarını gücləndirmək niyyətindədir. Bununla yanaşı, İran parlamenti raketlərin hazırlamasına ilkin olaraq 520 milyon ABŞ dolları vəsait ayırıb.

KATEQORIYA:
Bu xəbəri paylaş