İran yeni ballistik raketini nümayiş etdirib

Dekabrın 17-də İran “Zülfüqar” adlı yeni ballistik raketini nümayiş etdirib.

Bu barədə “AzeriDefence” “Fars” xəbər agentliyinə istinadən xəbər verib.

Yeni nəsil döyüş başlıqlı hesab olunan “Zülfüqar” ballistik raketi Əmir Kəbir Sənaye Universitetində təqdim olunub.

Bildirilib ki, atış uzaqlığı 700 km olan ballistik raket radara görsənmir. Orta mənzilli ballistik raket qatı yanacaqla işləyən mühərriklə təchiz edilib.

Məlumatda o da qeyd olunub ki, çəkisi 450 kq olan “Zülfüqar” raketi hədəfi dəqiqliklə vurma qabiliyətindədir və rəqibin raketi yayındırmaq üçün istifadə elədiyi radioelektron mübarizə sisteminin dalğalarını zərərsizləşdirir.

KATEQORIYA:
Bu xəbəri paylaş