İran yeni ballistik və qanadlı raketlərin təqdimatını keçirib

İran yeni ballistik və qanadlı raketlərin təqdimatını keçirib

İran yeni “Şəhid Hacı Qasim” və “Əbu Mehdi” adlı raketlərinin təqdimatını keçirib.

Bu barədə Azeri Defence saytı İranın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Müdafiə nazirinin müavini general Sərdar Tağızadənin iştirakı ilə keçirilən təqdimat mərasimində bildirilib ki, yeni raketlərə general Qasim Süleymani və Mehdi Mühəndisin adları verilib. “Şəhid Hacı Qasim” ballistik raketi və “Əbu Mehdi” qanadlı raket Müdafiə Nazirliyinin aerokosmik sənayesi mütəxəssisləri tərəfindən yerli imkanlar hesabına hazırlanıb.

Nazir müavini bildirib ki, atış uzaqlığı 1400 km təşkil edən “Şəhid Hacı Qasim” ballistik raketi analoqlarından fərqli olaraq aerodinamik nəzarətə əsaslanır. Onun sözlərinə görə, raketdən müdafiə sistemləri səsdən sürətli raketləri, o cümlədən “Şəhid Hacı Qasim” raketini tuta bilmir.

Müdafiə nazirinin müavini qeyd edib ki, “Əbu Mehdi” raketinin atış uzaqlığı 1000 km-dən artıqdır. “Əbu Mehdi” uzun mənzilli qanadlı raketinin əsas xüsusiyyəti yer altından, dərinlikdən atılmaq qabiliyyətinə malik olmasıdır. “Əbu Mehdi” raketi uzaq məsafədən su sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün hazırlanıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş