İran yeni döyüş təyyarəsinin uçuş sınaqlarını keçirib

İranın “Dorna” adlı aviasiya texnologiyaları şirkəti döyüş təyyarəsi istehsal etdiyini açıqlayıb. “AzeriDefence” bu barədə gazeteci.tv saytına istinadən məlumat verib.

Məlumatda qeyd olunub ki, tamamilə iranlı mütəxəssislər tərəfindən dizayn edilmiş olan bu təyyarənin ilk uçuş testləri uğurlu alınıb. İlk olaraq təlim məqsədi üçün nəzərdə tutulan təyyarənin uzaq mənzilli əsas döyüş təyyarəsinə çevrilməsi imkanları mövcuddur.

Yeni təyyarənin bir özəlliyi də onun dəniz səviyyəsində uça bilmə qabiliyyətidir.

KATEQORIYA:
Bu xəbəri paylaş