İran yeni hərbi helikopterin seriyalı istehsalına başlayır

İran yeni hərbi helikopterin seriyalı istehsalına başlayır

İran müdafiə sənayesi milli “Səba-248” çoxməqsədli helikopterinin seriyalı istehsalna başlayır.

“AzeriDefence”nin “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Müdafiə Nazirliyinin Aviasiya Sənayesi Qurumunun komandanı general Hocafard deyib.

Generalın sözlərinə görə, İran mütəxəssisləri tərəfindən milli imkanlar hesabına hazırlanan “Səba-248” çoxməqsədli helikopterin bu il ərzində seriyalı istehsalı həyata keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl təqdimatı keçirilən “Səba-248” indeksli yeni helikopterin silahlı qüvvələrdə dəniz əməliyyatı, təxliyyə və kəşfiyyat məqsədləri üçün istifadə olunacağı bildirilib.

Dörd pərli “Səba-248” helikopterin iki mühərriki mövcuddur. Lakin uçuş zamanı bunlardan biri istifadə ediləcək. Digəri isə ehtiyat məqsədlidir. Həmçinin, helikopter -55 dərəcə tempuratura qədər uçuş həyata keçirə biləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş