İran yeni helikopterini təqdim edib – FOTOLAR

İranın yeni çox məqsədli “Saba-248” helikopterinin təqdimatı keçirilib.

“AzeriDefence”nin “Tehrantimes”a istinadən verdiyi məlumatına görə, yeni helikopter silahlı qüvvələrdə dəniz əməliyyatı, təxliyyə və kəşfiyyat məqsədləri üçün istifadə olunacaq.

Dörd pərli “Saba-248” iki mühərriki mövcuddur. Lakin uçuş zamanı bunlardan biri istifadə ediləcək. Digəri isə ehtiyat məqsədlidir.

Həmçinin, helikopter -55 dərəcə tempuratura qədər uçuş həyata keçirə biləcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş