İran yeni qanadlı raketini sınaqdan çıxarıb

İran Hərbi Dəniz Qüvvələri (HDQ) “Nour” qanadlı raketin sınaqlarını keçirib.

“AzeriDefence” “Tehran Times”a istinadən bildirir ki, raket “Vilayət-94” adı altında Hörmüz boğazında keçirilən təlimlər zamanı HDQ-ya məxsus gəmidən buraxılıb.

HDQ-nın Baş Qərargah rəisi, kontr-admiral Seyid Mahmud Musvi deyib ki, 150 km məsafədə hədəfi məhv edə bilən raket sınaqdan yaxşı çıxıb.

Onun sözlərinə görə, raket kompleksinin quru qoşunlar üçün də istifadəsi mümkündür.

 

KATEQORIYA:
Bu xəbəri paylaş