İran yeni radarı silahlanmaya qəbul etməyə hazırlaşır

İran yaxın 10 gün ərzində yerli imkanlar hesabına yvaradılmış “Samen” tipli radarını silahlanmaya qəbul etməyi planlaşdırır. “AzeriDefence”nin İran KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Hatem-ul Enbiya – Havadan Müdafiə Qərargahının komandanı, general Ferzad İsmaili bildirib.

General “Fars” xəbər agentliyinə açıqlamasında hazırda mühəndislərin sistemin qurulması üzərində işlədiyini və radarın 100 faiz yerli olduğunu vurğulayıb.

“Samen” radarının fəaliyyət sahəsinin çox geniş olduğunu söyləyən general İsmaili radarın uçan ən kiçik obyektləri belə təsbit etmə imkanında olduğunu bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş