İran yeni radarını təqdim edib

İran Elektron Sənaye Təşkilatı “Hafiz” adlı üçkoordinatlı yeni radarını təqdim edib.

“AzeriDefence”nin İran mediasına istinadən verdiyi məlumata görə, yeni mobil radar Şiraz şəhərində təşkil olunmuş tədbirdə təqdim olunub.
“Hafiz” radarı 250 km uzaqlıqda 100 hədəfi eyni anda aşkarlaya və müşahidə edə bilir.

İran telekanallarının məlumatına görə, “Hafiz” radarı zenith-raket komplekslərinin bir elementi olaraq işləyəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş