İran yeni radarları silahlanmaya qəbul edir

İran Hava Hücumundan Müdafiə sistemi yerli istehsal olan yeni radarlarla gücləndirilir.

“AzeriDefence”nin “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Hatəm ül-Ənbiya” Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı, general Fərzad İsmaili bildirib.

General İsmailinin sözlərinə görə, yeni strateji radar sistemi 1000 km-dən çox məsafəni əhatə edəcək və sentyabr ayında təqdim olunacaq.

Yeni radar sistemi ölkənin strateji bölgələrində yerləşəcək.

Agentliyin məlumatına görə, İranın hazırda üzərində işlər gedən “Sepehr” adlı yeni radarı 2500-3000 km mənzilə sahib olacaq. Bu radar ballistic və qanadlı raketləri, aşağı, orta və yüksəklikdə uçan stels hədəfləri və mikro PUA-ları aşkarlamağı bacarır.

KATEQORIYA:
Bu xəbəri paylaş