Iran yeni raket gəmisini suya endirib

İran “Sina-7” tipli yeni raket gəmisini suya endirib. “AzeriDefence”nin İran mediasına istinadən verdiyi məlumata görə, yeni gəmi noyabrın 28-də Bəndər-Abbas limanında suya endirilib.

Qeyd edək ki, 300 ton su tutumuna malik “Sina” sinifli gəmilərin uzunluğu 47 metr, sürəti 35 mildir. Bu sinifdən əvvəlki gəmilərin silahlanmasına 4 ədəd C-802 “Noor” tipli gəmi əleyhinə raket, 1 ədəd 76 mm-lik top, həmçinin 2 ədəd 12.7 mm-lik HMG pulemyotu daxildir.

KATEQORIYA:
Bu xəbəri paylaş