Iran yeni raketin testlərini keçirir

İran “Velayət-91” dəniz manevrlərində “səth-hava” tipli “Raad” raketlərini test edir. Bu barədə “AzeriDefence” “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

İran hərbi sənayesi tərəfindən hazırlanmış “Raad” raketi hər cür elektron siqnalın qaynağını təsbit edərək özü hədəfə doğru yönəlir. Raket hava hədəfləri ilə yanaşı dənizdəki hər cür hədəflərə qarşı tətbiq oluna bilir.

Bu arada İran milli istehsal olan “Saika” adlı yeni hədəf təsbiti sistemini silahlanmaya qəbul etdiyini açıqlayıb. Tam avtomatik olaraq çalışan bu sistemin insan iştirakı olmadan uzaqdan komanda ilə müəyyən edilmiş ərazini nəzarətdə saxladığı və hədəfləri dəqiq atəşlə zərərsizləşdirmək imkanında olduğu bildirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş