İran yeni raketlərini sınaqdan keçirir

İran Hava Hücumundan Müdafiə Qoşunları “Mersad” zenit-raket kompleksinin sınaqlarını keçirir. Bu barədə “AzeriDefence” İran saytlarına istinadən məlumat verib.

Xarici dizaynına görə, Amerikan “Hawk” kompleksinin təkmilləşdirilmiş variantına bənzəyən “Mersad” “Vilayət Səmaları-4” təlimlərində yoxlanılır.

Kompleksin radiolokasiya vasitələri ilə hava hədəflərini aşkar etmə uzaqlığı 80 kilometr (50 mil), hədəfi məhv etmə uzaqlığı isə 45 kilometr (30 mil) təşkil edir.

İran təlimdə həmçinin “Ya Zəhra” adı verilmiş raketdən müdafiə sistemlərini müvəffəqiyyətlə test etdiyini açıqlayıb. Təlimdə “Qadir” raketləri də sınaqdan keçirilib. Bu raket hədəfi yüksək dəqiqliklə vurub.

KATEQORIYA:
Bu xəbəri paylaş