İran yeni silahlarını nümayiş etdirib – FOTOLAR

İran hərbi sənaye kompleksi yeni silahlarını təqdim edib.

“AzeriDefence”nin Fars Xəbər Agentliyinə istinadən verdiyi məlumatına görə, fevralın 6-da İranda İslam inqilabının ildönümü münasibətilə keçirilən təqdimatda İranın müdafiə naziri Hüseyn Dehqan deyib ki, son üç ildə İranın hərbi-sənaye kompleksinin hərbi məhsul istehsalının həcmi 69 faiz artıb. Bu dövr ərzində 115 müxtəlif silah və hərbi təchizat növü layihələndirilib və silahlanmaya qəbul edilib. H. Dehqan bildirib ki, düşmənlərin çoxsaylı sanksiyalarına baxmayaraq İran müdafiə qabiliyyətliliyinin möhkəmləndirilməsini davam etdirəcək.

Mərasimdə İranın hərbi sənaye müəssisələri tərəfindən hazırlanmış “Fəcr-5” idarəolunan raket kompleski, “Misaq-3” daşınan zenit-raket sistemi, 40 mm-lik dəzgahlı qumbaraatan sistemi, 5,56 x 45 mm-lik “Masaf” avtomatı və yeni tapança modelləri nümayiş olunub.

Silahların texniki xarakteriskası haqda əlavə məlumat verilməyib.

Fotolardan göründüyü qədər 40 mm-lik dəzgahlı qumbaraatan kompleksi termal, gecəgörmə kamerası və lazerməsafə ölçənin daxil olduğu elektrooptik blokla komplektləşdirilib.

Xatırladaq ki, “Fəcr” raket kompleksi Şimali Koreya texnologiyası əsasında hazırlanıb. Döyüş başlığının çəkisi 90 kq, atış mənzili 40-75 km-dir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş