İran yeni snayper tüfəngini və zirehli maşınlarını tanıtdı – FOTOLENT

İran müdafiə sənayesi “Şaher” adlı iri çaplı snayper tüfəngini və “Neyneva” adlı zirehli nəqliyyat vasitəsini təqdim edib. “AzeriDefence”nin məlumatına görə, 14.5 mm çaplı “Şaher” tüfənginin atış məsafəsinin 4 min metr olduğu bildirilir. Anti-material snayper tüfəngləri sinfinə aid “Şaher”dən müxtəlif beton istehkamlar, zirehli nəqliyyat vasitələri və helikopterlərə qarış istifadə oluna bilər.

Snayper tüfənginin çəkisi 22 kq, uzunluğu 185 sm, təsirli atış məsafəsi 3 km-dir.

“Neyneva” adlı zırhlı nəqliyyat maşının uzunluğu 7 metr, eni 2.5 metr, hündürlüyü 2.8 metrdir. Nəqliyyat vasitəsi şose yolda hərəkət zamanı 5 ton, döyüş ərazisində isə 2.5 ton yük daşıya bilir.

Qeyd edək ki, İran ötən həftə həmçinin “Howeize” və “Talaeiyeh” adlı yüngül zirehli avtomobil və zirehli personal daşıyıcısını da təqdim edib. Bu zirehli vasitələr müxtəlif hərbi missiyalar, sərhəd mühafizəsi və narkotiklərlə mübarizə əməliyyatları üçün nəzərdə tutulub.

KATEQORIYA:
Bu xəbəri paylaş