İran yeni sürət torpedasını sınaqdan keçirdi

İran Silahlı Qüvvələri yeni sürət dəniz torpedasını sınaqdan keçiriblər.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, sınaqlar Hörmüz boğazı ərazisində həyata keçirilib.

“Xut” adlandırılan torpedanın sınaq prosesi müvəffəqiyyətlə yerinə yetirilib.

Məlumatda o da qeyd olunub ki, “Xut” sınaq mərhələsindədir.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə isə sonuncu dəfə bu torpedaların sınağı 2015-ci ilin fevralında keçirilib.

Torpeda tam döyüş hazırlığı vəziyyətində 370km/s sürətlə 13 km-ə qədər olan hədəfləri vura bilməklə xarakterizə olunur.

Orxan Aslanlı

KATEQORIYA:
Bu xəbəri paylaş