İran yeni tankların sərgilədi

Iran hərbi sənayesi “Zülfüqar” və “Samsam” tanklarını ictimaiyyətə təqdim edib. Bu barədə “AzeriDefence” İran mediasına istinadən məlumat verib.

İran Quru Qoşunlarının komandanı Əhməd Rza Purdestan bildirib ki, “Zülfüqar” tankı baza olaraq götürüldüyü T-72 tankları ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Tank modern atəş sistemi ilə təchiz olunub. Eyni sistemlər İranın inventarında olan M-60 tanklarına da qurulub.

“Zülfüqar” 780 at gücünə malik mühərriklə hərəkətə gətirilir. Tankın silahlanmasına 125 mm-lik top, 12.7 və 7.62 mm çaplı pulemyot daxildir.

KATEQORIYA:
Bu xəbəri paylaş