İran yeni zenit-raket kompleksinin seriyalı istehsalına başlayıb

İran “Talash” adlı yeni zenit-raket kompleksinin (ZRK) seriyalı istehsalına başlayıb.

“AzeriDefence”nin “Fars” xəbər agentliyinə istinadən verdiyi nəlumata görə, bu barədə İran Hava Hücumundan Müdafiə Qüvvələrinin komandan müavini, general Əbülfəzl Sepehri-Raad bildirib.

Qeyd olunub ki, “Talash” uzaq məsafədən düşmənin hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş raket sistemdir. Generalın sözlərinə görə, yeni sistem geniş sahəni döyüş təyyarələrdən və ya başqa strateji uçan aparatlardan qorumaq üçün istifadə edilən Rusiya istehsalı S-200 zenit raket kompleksindən (NATO kod adı SA-5 Gammon) daha çox inkişaf etdirilmiş qabiliyyətlərə sahibdir

General onu da əlavə edib ki, ötən ilin dekabrında Cənubi İranda iki zenit-raket sistemi – “Talash” və S-200 yerləşdirilib.

Qeyd edək ki, İran Hava Hücumundan Müdafiə Qüvvələri yerli istehsal olan “Talash” zenit-raket sisteminin sınaq atışlarını 2016-cı ilin dekabrında “Velayət-7” təlimləri çərçivəsində keçirib. Talash” ZRK yerli müəssisələr tərəfindən layihələşdirilib və istehsal edilib. “Talash” ZRK-də yuxarı hündürlükdə uçan hədəfləri məhv eləmək üçün “Sayyad” raketindən istifadə edilir.

İranın “Sayyad” zenit-raketlərinin hazırlanması barədə ilk məlumatlar mediada 2011-ci ildə yer alıb. İran KİV-ində yer alan məlumata görə, raketin “Sayyad-2” versiyasının atış uzaqlığı 100 km-dən çoxdur. Döyüş başlığı 200 kq təşkil edən raketin sürəti 1200 metr/saniyə olaraq göstərilir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş