Iran yerli istehsal olan daha iki dənizaltını donanmaya daxil edir

İran yerli istehsal olan daha iki dənizaltını silahlanmaya qəbul etməyə hazırlaşır. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Yeni dənizaltılar istismara martın 21-də daxil ediləcək. “Fəth” və “Besat” adlanan bu gəmilərin çəkisi 1200 tondur. Dənizaltılar ən müasir naviqasiya sistemləri ilə təchiz ediləcək. Gəmilər su altında həm torpedo, həm də raket ata biləcəklər.

Qabaqcıl aktiv və passiv sensorlarla təchiz ediləcək hər iki dənizaltı kimyəvi avadanlıqları sayəsində su altında daha çox qala və hərəkət etmə imkanına malik olacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş