Iran yerli istehsal olan helikopterləri təqdim edib

İran yerli istehsal olan Panha-1 və Panha-2 tipli helikopterləri təqdim edib. “AzeriDefence”nin məlumatına görə, yeni helikopterlər Kiş adasında keçirilən Beynəlxalq Aviasiya və Aviasiya Sənayesi Sərgisində ictimaiyyətə təqdim olunub.

Panha-1 adlanan helikopter 14, Panha-2 isə 8 nəfərin daşınması üçün nəzərdə tutulur.

Panha-1 İran Müdafiə Nazirliyi və Elm, Tədqiqat və Texnologiya Nazirliyinin birgə fəaliyyəti nəticəsində yaradılıb.

Sərgidə İran mütəxəssisləri tərəfindən əsaslı təmir edilmiş bir ədəd Bell 214ST helikopteri “Şəhriyar” adı ilə təqdim edilib.

İki mühərrikli Bell 214ST helikopteri 1970-ci ildə Bell 214B BigLifter helikopterinin bazasında yaradılıb. İran şah dövründə ABŞ-dan xeyli sayda Bell 214ST helikopteri satın alıb.

KATEQORIYA:
Bu xəbəri paylaş