İran “Zülfüqar” adlı torpedo qayığını nümayiş etdirib

İran hərbi sənayesi “Zülfüqar” adlı sürətli torpedo qayığını təqdim edib.

“AzeriDefence”nin “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, qayıq bu gün Tehranda keçirilmiş sərgidə ictimaiyyətə təqdim olunub.

Qayığın uzunluğu 17 metr, eni 3,3 metr, hündürlüyü 3,5 metr, çəkisi 22 ton, sürəti 70 km/saatdır. Qayıq düşmənin suüstü və sualtı gəmilərini torpedo hücumları ilə məhv etmək üçün hazırlanıb.

Sərgidə qeyd olunub ki, “Zülfüqar” təyyarə daşıyıcılara hücum üçün istifadə edilə bilər. Qayıq 200 ton su basımına malik gəmilərin silahlanmasında yer alan 324 markalı torpedoya malikdir.

İran ölkəyə qarşı hər hansı düşmənçilik hərəkətlərinə qarşı Fars körfəzində torpedo gəmilərindən istifadə etməyi planlaşdırır.

42a77d7bbfd0

KATEQORIYA:
Bu xəbəri paylaş