İranda hərbi parad keçirilib – FOTO

İranda hərbi parad keçirilib – FOTO

Aprelin 17-də İran Ordusunun Tehran və digər şəhərlərdə hərbi paradları keçirilib.

Bu barədə “AzeriDefence” “Tehrantimes” agentliyinə istinadən xəbər verib.

Ordu Günü münasibətilə Tehranda keçirilən paradda İranın Müdafiə naziri, general Əmir Xatəmi və prezident Həsən Ruhani başda olmaqla yüksək rütbəli hərbi və hökumət rəsmiləri iştirak edib.

Mərasimdə çıxış edən prezident H.Ruhani Silahlı Qüvvələrin ölkə daxilində koronavirus COVİD-19 infeksiyası ilə mübarizədə fəal iştirak etiyini bildirib.

Hərbi paradda İran Ordusunun bioloji və kimyəvi silahdan müdafiə qüvvələrinin texnikaları nümayiş etdirilib. Hərbi paraddan sonra bəzi bölmələr birbaşa dezinfeksiya tədbirlərini həyata keçirməyə yola düşüblər.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş