İranda Silahlı Qüvvələr Dəniz Sənaye Təşkilatı yaradılır

İranda Silahlı Qüvvələr Dəniz Sənaye Təşkilatının yaradılması layihəsi təsdiqlənib.

“AzeriDefence”nin İranın İRİB xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran Parlamentinin iclasında “Silahlı Qüvvələr Dəniz Sənaye Təşkilatının yaradılması haqqında” qanun qəbul edilib.

Bildirilib ki, yeni yaradılacaq təşkilat sualtı gəmilərin, yüksək sürətli gəmilərin və digər dəniz qüvvələrinin ehtiyacı olan platformaların istehsalı ilə məşğul olacaq.

Təsdiq olunan layihəyə əsasən İran Müdafiə Nazirliyi nəzdində hərbi dəniz sənayesi ilə məşğul olan digər strukturların yeni qurulan təşkilatın tərkibinə daxil olacağı nəzərdə tutur. Bu da İran Müdafiə Nazirliyinin Hərbi Dəniz Sənaye Təşkilatının Silahlı Qüvvələr Dəniz Sənaye Təşkilatı ilə birləşdiriləcəyini göstərir.

KATEQORIYA:
Bu xəbəri paylaş