İrandan yeni tank əleyhinə raket kompleksi – FOTO

İran “Kornet-E” kompleksini kopyalayıb? İran “Dehlaviyeh” adlı tank əleyhinə raket kompleksinin istehsalına başlayıb. “AzeriDefence”nin Fars xəbər agentliyinə istinadən verdiyi məlumata görə, yeni raket komplekslərini istehsal edən fabrikin açılışını müdafiə naziri Əhməd Vahidi edib.

General Vahidinin sözlərinə görə, kompleks hətta aktiv zirehlə qorunan müxtəlif zirehli hədəflərin məhvi üçün nəzərdə tutulub. Raket hərəkətsiz yerüstü obyektlərə də qarşı tətbiq edilə bilər.

Xarici görünüşcə “Dehlaviyeh” Rusiyanın “Kornet-E” tank əleyhinə raket kompleksinə bənzəyir. Hansı ki, “Kornet-E” 2006-cı ildə Cənubi Livanda Hezbullah döyüşçüləri tərəfindən İsrail ordusuna qarşı tətbiq olunub. Rusiya KİV-ləri də öz növbəsində İranın bu raketi kopyaladığını yazırlar.

KATEQORIYA:
Bu xəbəri paylaş