İranın 1000 km radiusa sahib yeni radarı – FOTOLAR

İran “Qadir” adı verilmiş aktiv fazalı radarını silahlanmaya qəbul edib. “AzeriDefence”nin məlumatına görə, İran mətbuatı Əhvaz şəhəri yaxınlığında qurulmuş yeni radarın bütün növ uçuş aparatlarını, o cümlədən mikro ölçülü hava vasitələrini aşkarlamaq imkanına malik olduğunu yazıb.İranın “Xatəm ül-Ənbiya” Hava Hücumundan Müdafiə Bazasının komandanı, general Fərzad İsmailinin sözlərinə görə, “Qadir” radar sistemi tam olaraq yerli mütəxəssislər tərəfindən hazırlanıb. Radar eyni zamanda rəqibin elektron mübarizə vasitələrinə qarşı etibarlı müdafiəyə sahibdir.

O, radarın hətta aşağı hündürlükdə çox sayda uçan obyektləri təyin edə, təsnifləndirə və bucaqları hesablaya bildiyini deyib.

“Qadir” radarı təyyarələri 600 km, balistik raketləri 1100 km məsafədə və 100 km hündürlükdə izləyir.

Radar sistemi 360 dərəcə fırlana bilən 100-dən çox antena ilə təchiz olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş