İranın “Dəmavənd” və “Cövşən” döyüş gəmiləri Azərbaycana gəlib – FOTOLAR

Bu gün İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin “Dəmavənd” və “Cövşən” hərbi gəmiləri Azərbaycanın paytaxtı Bakıya səfərə gəlib.

“AzerDefence”nin məlumatına görə, dostluq xarakteri daşıyan səfərdə döyüş gəmilərini Bakı Dəniz Vağzalında Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi, 1-ci dərəcəli kapitan Şahin Məmmədov və digər yüksək rütbəli zabitlər, o cümlədən İranın Azərbaycandakı səfirliyinin heyəti qarşılayıb.

İran tərəfinə isə Xəzər donnanmasının komandiri 1-ci dərəcəli kapitan Əbdülhüseyn Zəfərinin rəhbərlik edir.

Mərasimdə Azərbaycan və İranın dövlət himnləri səsləndirilib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı gəmilərin qarşılanma mərasimi təntənəli şəkildə həyata keçirilib.

Qısa tanışlıq və təqdimetmədən sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrinin heyəti gəmilərlə yaxından tanış olublar.

Səfər çərçivəsində qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək.

Nümayəndə heyətinin Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə görüşü, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə səfəri və bir sıra digər tədbirləri də nəzərdə tutulub.

Gəminin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılır.

Səfər oktyabrın 21-dək davam edəcək.

Qeyd edək ki, 47 metr uzunluğunda olan “Cövşən” döyüş gəmisi 1 ədəd 76 mm-lik və 20 mm-lik toplarla silahlandırılıb. Əlavə olaraq gəmi yerli istehsal olan “Nur” raket kompleksi ilə də təchiz olunub. Gəminin suda olan hissəsi 1,9 m, su tutumu isə 250 tondur. “Cövşən”nin heyəti 30 nəfərə yaxındır. Gəminin komandiri 3-cü dərəcəli kapitan Əsgər Nəzəridir.

94,5 metr uzunluğunda olan “Dəmavənd” döyüş gəmisinin silah arsenalı isə daha zəngindir. Gəmi 76 mm-lik və 20 mm-lik toplarla, 4 ədəd “Nur” raket kompleksi ilə silahlandırılıb. Bundan başqa gəmi 30 və 12,7 mm-lik iriçaplı pulemyotlarla da silahlandırılıb. Gəminin suya oturan hissəsi 4,3 metr, subasımı 1300 tondur. Heyəti 150-yə yaxındır. Gəminin komandiri 2-ci dərəcəli kapitan Abbas Rəisidir.

Hər iki gəmi “Furuno” RLS sistemi ilə təchiz olunub.

_MRS7040

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş