İranın müdafiə naziri aprel ayında Azərbaycana səfər edəcək – EKSKLÜZİV

İranın müdafiə və Silahlı Qüvvələrə dəstək naziri, briqada generalı Hüseyn Dehqanın Azərbaycana səfəri planlaşdırılır.
Bu barədə “AzeriDefence”yə eksklüziv olaraq hərbi mənbələrdən məlumat verilib.

İranın müdafiə nazirinin səfəri aprel ayının sonlarına planlaşdırılır.

Səfər çərçivəsində H. Dehqanın başçılıq etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyi ilə yanaşı Müdafiə Sənayesi Nazirliyində də görüşlər keçirəcək.

Qeyd edək ki, bundan əvvəl, 2014-cü ilin aprel ayında Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti İranda səfərdə olub.

KATEQORIYA:
Bu xəbəri paylaş