İranın müdafiə naziri Moskvada S-400 və Su-30SM üçün danışıqlar aparacaq

İranın müdafiə naziri Hüseyn Dehqan Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.

“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumatına görə, H. Dehqanın Moskvaya səfəri bu günə planlaşdırılır.

Səfər zamanı müzakirə olunacaq bəzi detallar artıq mediaya açıqlanıb. Məlumatda bildirilib ki, səfərin əsas məqsədlərindən biri də yeni silah satınalmaları ilə bağlıdır.

Rusiya hökumətindəki mənbə yerli mediaya bildirib ki, H. Dehqan S-400 zenit-raket kompleksinin alınması, o cümlədən Su-30SM döyüş təyyarəsinin İranda lisenziyalı yığılması ilə bağlı danışıqlar aparacaq.

 

Bundan başqa danışıqlarda”Bastion” raket kompleksi, “Yaxont” gəmi əleyhinə raket, Yak-130 təlim-döyüş təyyarəsi, Mi-8/17 helikopteri, o cümlədən freqat tipli hərbi-dəniz gəmilərinin alınması da müzakirə mövzusu olacaq.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş