İranın Quru Qoşunları silah və texnikalarını nümayiş etdirib

İranın Quru Qoşunları silah və texnikalarını nümayiş etdirib

İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları silahlanmasında yer alan silah və hərbi texnikaları bu gün təşkil olunan sərgidə nümayiş etdirib.

Bu barədə “AzeriDefence” “Fars” xəbər agentliyinə istinadən məlumat verib.

Nümayiş olunan silah və texnika arasında amfibiya tipli “Mokran” zirehli döyüş maşını, “Mirac” pilotsuz uçuş aparatı (PUA), BTR-60 zirehli transportyoru, o cümlədən “Rad-2” döyüş modulu, “Kavoşger-1” mina axtaran cihazı və “Saban” avtomatı yer alıb.

Məlumatda o da qeyd olunub ki, sərgidə yeni “Mirac” kəşfiyyat-müşahidə tipli PUA və “Saban” hücum tüfəngi ziyarətçilərin daha çox diqqətini çəkib.

KATEQORIYA:
Bu xəbəri paylaş