İranın yeni hərbi attaşesi Azərbaycanın müdafiə nazirinə təqdim olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov İranın Azərbaycandakı səfiri Möhsün Pakayin ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri Azərbaycan ilə İran arasında münasibətlərin inkişafında ölkə rəhbərlərinin görüşlərinin mühüm rol oynadığını və hərbi sahədə də əlaqələrin uğurla davam etdiyini bildirib.

Tərəflər hərbi sahədə əməkdaşlığının mövcud vəziyyəti, hərbi təhsil və hərbi tibb sahəsində əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, o cümlədən regional problemlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə səfir M.Pakayin İran Silahlı Qüvvələrinin Azərbaycana yeni təyin olunan hərbi attaşesi, polkovnik Əli Seyfini müdafiə nazirinə təqdim edib.

KATEQORIYA:
Bu xəbəri paylaş