İranın yeni snayper tüfəngi nümayiş olundu

İran Ordusu yerli istehsal olan yeni snayper tüfəngini nümayiş etdirib.

“AzeriDefence” “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, “Məhəmməd Rəsulallah” təlimlərində ordunun silahlanmasına yeni daxil olmuş “Tahir” adlı snayper tüfəngi ilk dəfə nümayiş olunub.

Snayper tüfənginin uzunluğu 1028 mm, çəkisi 4.4 kq, çapı 7.62×54 mm-dir. Silahın maksimal atış mənzili 1200 metr, effektiv atış mənzili 800 metr olaraq göstərilir.

Tüfəng əllə tək-tək doldurma (“bolt action”) iş prinsipinə və uzunluğu tənzimlənən qundağa malikdir.

iran_army_121216_03

KATEQORIYA:
Bu xəbəri paylaş