İranın yeni təlim-döyüş təyyarəsi silahlanmaya təqdim edilib

İranın yeni təlim-döyüş təyyarəsi “Kövsər” silahlanmaya qəbul olunacaq.

“AzeriDefence”nin “Fars” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın Aviasiya Sənayesi Təşkilatının sədri, general Abdulkərim Bəni Tarafi bildirib.

General “Kövsər” təlim təyyarəsinin iranlı mütəxəssislər tərəfindən dizayn və istehsal olunduğunu vurğulayıb.

A.Bəni Tarafi qeyd edib ki, “Kövsər” təlim təyyarəsinin seriyalı istehsalı üç il ərzində tamamlanacaq və İran Hərbi Hava Qüvvələrinin inventarına daxil ediləcək.

Məlumatda o da qeyd olunub ki, bir neçə gün əvvəl “Kövsər” təlim-döyüş təyyarəsinin ilkin nümunəsinin təqdimatı keçirilib.

Təqdimatda İran prezidenti Həsən Ruhani, Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri, briqada generali Hüseyn Dehqan və digər yüksək çinli hərbçilər iştirak edib. Bildirilib ki, qısa məsafələrə uçan “Kövsər”in havadan dəstək və müxtəlif silah daşımaq qabiliyyəti var.

KATEQORIYA:
Bu xəbəri paylaş