İranın yeni zərbə PUA-larından biri vuruldu

İranın Bəlucistan bölgəsində Pakistanla həmsərhəd ərazidə “Shahed-129” pilotsuz uçuş aparatı (PUA) yerə düşüb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, PUA-nın yerə düşməsinin səbəbi haqda konkret bir şey deyilmir.

Şahidlər bildirir ki, İrana məxsus bu uçuş aparatı Pakistanın Mand şəhəri yaxınlığında yerə düşüb.

Ərazidə sərhəd pozucuları ilə İran polisi arasında davamlı qarşıdurmanın baş verdiyini, PUA-ların isə mütəmadi bu ərazidə kəşfiyyat uçuşları həyata keçirildiyini nəzərə alsaq “Shahed-129” un vurulduğu qənaətinə gəlmək olar.

Mütəxəssislərin sözlərinə görə, “Shahed-129” İran istehsalı olub, hücum təyinatlıdır.

KATEQORIYA:
Bu xəbəri paylaş