İranla ABŞ arasında təyyarə alğı-satqısına dair tarixi saziş imzalanıb

ABŞ-la İran arasında 35 ildən sonra təyyarə satıına dair tarixi saziş imzalanıb.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Boeing” şirkəti məlumat yayıb.

ABŞ Hökumətinin icazəsi ilə imzalanan müqavilənin ümumi məbləği 16,6 milyard dollar təşkil edir. Müqavilə çərçivəsində İranın “İran Air” şirkəti “Boeing”dən 80 təyyarə alacaq.

“Boeing” şirkəti sözügedən müqavilənin 100 min yeni iş elanına səbə olacağını açıqlayıb.

Müqavilə çərçivəsində İran 50 ədəd 737 MAX 8, 15 ədəd 777-300ER və 15 ədəd 777-9 təyyarəsi alacaq. İlk təyyarənin İrana 2018-ci ildə çatdırılması planlaşdırılır.

KATEQORIYA:
Bu xəbəri paylaş