İranla sensasiyalı saziş: 21 milyardlıq müqavilə bağlandı

İran Rusiyanın sayəsində özünün aviasiya parkını yeniləməyə çalışır.

“AzeriDefence”in Rusiya mediasına istinadən verdiyi məlumatına görə, İranla Rusiya arasında bu sahədə 21 milyard dollar həcmində müqavilə bağlanıb.

Müqaviləyə əsasən Rusiya İranı aviasiya və kosmik avadanlıqlarla təmin edəcək. Bununla yanaşı satınalmada “Sukhoi Superjet” mülki təyyarələrinin də adı var.

Məlumatda o da qeyd olunub ki, adıçəkilən müavilənin dəyəri Rusiyanın 60 ölkə ilə həyata keçirdiyi satışdan 1,5 dəfə çoxdur. Belə ki, ötən il Rusiyanın hərbi avadanlıqlar üzrə satışı 15 milyard dollardan çox olmayıb.

İranın Aviasiya Sənayesi Təşkilatının sədri Məniçöhr Mənteki müqavilənin bağlandığını təsdiq etsə də, satınalmaların məbləği haqda məlumat verməyib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş