İraq ABŞ-dan 440 ədəd M113 alır

ABŞ ordusunda silahlanmadan çıxarılan bu zirehli texnikaların böyük hissəsi İraqdakı hərbi əməliyyatlar zamanı bu ölkəyə gətirilib.”AzeriDefence”nin məlumatına görə, qalan zirehli transportyorlar isə hər biri 300 min dollar olmaqla İraq tərəfindən 2010-cu ilin oktyabrında alınıb.

Bundan başqa məlum olub ki, bu texnikanın modernləşdirilməsi üçün 31 milyon dollar dəyərində razılaşma da əldə edilib. Artıq modernləşmə prosesinə start verilib və ABŞ-da aparılan işlərin aprelin sonuna qədər yekunlaşması nəzərdə tutulub. Statistikaya görə, hazırda İraq ordusunda M113 tipli zirehli texnikanın sayı 683-ə çatıb.

Qeyd edək ki, 1960-cı illərdən silahlanmaya daxil edilən M113 tipli tırtıllı zirehli transportyorlar böyük hissəsi ABŞ Silahlı Qüvvələrindəki istismarı dayandırılıb. Texnikanın 2018-ci ilə qədər istismarının dayandırılması nəzərdə tutulub.

KATEQORIYA:
Bu xəbəri paylaş