İraq minaaxtaranları ANAMA-nın təcrübəsi ilə tanış olublar

İraq Ətraf Mühit Nazirliyinin Minalarla iş İdarəsinin nümayəndə heyəti ANAMA-nın imkanları və təcrübəsi ilə tanış olub. Bu barədə “AzeriDefence”yə ANAMA-dan məlumat verilib.Aprelin 2-də nümayəndə heyəti ANAMA-nın Füzuli rayonunda yerləşən Horadiz bazasına səfər edərək, aparılan əməliyyatlar barədə məlumat alıb, mexaniki vasitələr və Minaaxtaran İtlər üzrə şəraitlə tanış olub. Aprelin 3-də isə qonaqlar ANAMA-nın Göygöl Regional Təlim Bazasında minaaxtarma avadanlıqları və tədris imkanları ilə tanış olub və Agentliyin TTKT Qurumu tərəfindən təşkil olunmuş müzakirələrdə iştirak ediblər.

Daha sonra ANAMA Baş Qərargahında olan İraq nümayəndə heyəti Agentliyin direktor müavini Qəzənfər Əhmədov arasında görüş keçirilib. Görüşdə MTM, əməliyyatlar və təlim imkanları mövzusunda müzakirələr aparılıb. Eyni zamanda ANAMA ilə İraq Mina İşləri İdarəsi arasında əməkdaşlıq sahələrinə dair danışıqlar keçirilib. Gələcəkdə ANAMA tərəfindən İraqın Mina İşləri üzrə heyətinə təlimlərin keçirilə biləcəyi ehtimal olunur.

Hazırda İraq hökuməti İraq ərazilərinin kirlənmiş hissələrinidə uzun müddətli və geniş miqyaslı minatəmizləmə və döyüş sursatlarının məhv edilməsi əməliyyatlarını ehtiyacın olacağını guman edir.

KATEQORIYA:
Bu xəbəri paylaş