İraq Ukrayna zirehli transportyorları alır

Ukrayna İraq üçün zirehli transportyorların 62 maşından ibarət ikinci partiyasını istehsal edib.

“Ukroboronprom” Dövlət Konserninin mətbuat xidmətindən “AzeriDefence”ə verilən məlumata görə, sınaq-yoxlama prosesindən sonra transportyorlar sifarişçi ölkəyə göndəriləcək.

“Ukroboronprom” Dövlət Konserninin baş direktoru Dimitriy Perequdov bildirib ki, istehsal olunan texnika dünyanın aparıcı istehsalçılarının və ümumilikdə isə beynəlxalq standartlara uyğun şəkildə hazırlanıb.

Məlumat da o da qeyd olunub ki, Ukrayna və İraq arasında müqavilə 2009-cu ildə bağlanıb. Müqaviləyə əsasən Ukrayna sifarişçiyə 420 ədəd BTR-4 tipli zirehli maşın təhvil verməlidir. Texnikanın ilk partiyası – 26 ədəd zirehli transportyor 2011-ci ilin aprelində verilib. Müqavilənin ümumi dəyəri isə 457,5 milyon dollardır.

KATEQORIYA:
Bu xəbəri paylaş