İrlandiya döyüş təyyarələri almaq istəyir

İrlandiya döyüş təyyarələri almaq istəyir

İrlandiya Hərbi Hava Qüvvələri yeni döyüş təyyarələri tədarük etməyi planlaşdırır.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, bu barədə İrlandiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bir milyard avro dəyərində olan proqram çərçivəsində ən azı 16 ədəd döyüş təyyarəsinin tədarükü nəzərdə tutulub.

Məlumatda o da qeyd olunub ki, Fransanın “Fouga” şirkətinin istehsalı olan CM170 “Magister” döyüş təyyarələri 1998-ci ildə İrlandiya Ordusunun silahlanmasından çıxarıldıqdan sonra, bu ölkənin qırıcıları olmayıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş