“İrşad Electronics”dən nümunəvi addım: Vətən borcunu ödəyənlərin başqa borcu ola bilməz

“İrşad Electronics”dən nümunəvi addım: Vətən borcunu ödəyənlərin başqa borcu ola bilməz

“Vətən borcunu ödəyənlərin başqa bir borcu ola bilməz!”

“İrşad Electronis” şirkəti Qarabağda gedən zəfər döyüşləri müddətində şəhid olan və yaralanan hərbçilərin kredit borclarını tam siləcək.

Qeyd edək ki, “İrşad Electronics” Qarabağ uğrunda döyüşlərə səfərbər olunan hərbi vəzifəlilərin ailələrinə dəstək olmaq məqsədilə 30 000 manat həcmində birdəfəlik maddi yardım ayırıb.Ayrılan vəsait Bakı da daxil olmaqla ölkəmizin digər regionlarından olan az təminatlı 100 ailəni ahatə edir. Müvafiq ailələrin siyahısı şikət tərəfindən artıq müəyyən edilib və təşkilati işlərə başlanılıb.

Həmçinin şirkət torpaqlarımız uğrunda döyüşən hərbçilərimizin və səfərbər olan hərbi vəzifəli müştərilərin kredit ödənişlərini də artıq dondurub.

Bundan əlavə ordumuza dəstək olmaq məqsədi ilə “İrşad Electronics” Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 50.000 manat köçürüb.

“İrşad Electronics” qələbə uğrunda gedən döyüşlərdə ordumuza qoşulan əməkdaşları da daxil olmaqla bütün hərbçiləri sağ salamat, şad xəbərlə qayıtmalarını arzulayır.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş