İŞBİR şirkətinin baş direktoru Bürhan ÖZGÜR: Azərbaycanla əlaqələrimizi gücləndirməyə çalışırıq

İŞBİR şirkətinin baş direktoru Bürhan ÖZGÜR: Azərbaycanla əlaqələrimizi gücləndirməyə çalışırıq

Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fonduna (TSKGV) daxil olan İŞBİR Elektrik Sənaye A.Ş bu gün qardaş ölkədə hərbi təyinatlı generator və alternatorların ilk və aparıcı istehsalçısıdır. Şirkət zaman-zaman Azərbaycan da daxil olmaqla regionun bir sıra dövlətlərinin ordularına generatorların ixracını həyata keçirib. AZERİ DEFENCE jurnalının Türkiyə müxbiri Mehmet Dəmirkol İŞBİR Elektrik Sənaye A.Ş baş direktoru Bürhan ÖZGÜRlə müsahibəsində şirkətin müdafiə sənayesində fəaliyyətlərinə və planlarına nəzər salmağa, İŞBİR-i Azərbaycan ictimaiyyətinə yaxından tanıtmağa çalışıb.

Azeri Defence: Bürhan bəy, müsahibəmizə İŞBİR Elektrik şirkəti barədə ümumi informasiya ilə başlamaq istərdik. İŞBİR Elektrik şirkətini Azərbaycandan olan oxuculara necə tanıda bilərsiniz?

Bürhan ÖZGÜR: Türkiyənin ilk generator zavodu olan İŞBİR Elektrik Sanayi A.Ş-dir. Türkiyədə bu sahədə bir məktəb olduğumuzu və sektordakı çox firmanın yetişmiş, təcrübəli mütəxəssislərinin bizdən çıxdığını deyə bilərəm. İŞBİR xaricdə çalışan Türk işçilərimizin ortaqlığı ilə 1977-ci ildə qurulub və adını da İşçi Birliyindən alıb. 1988-ci ildən etibarən Türk Silahlı Qüvvələrini Gücləndirmə Fonduna (Türk Silahlı Kuvvetlerini Güçlendirme Vakfı – TSKGV) bağlı olaraq fəaliyyətlərinə davam edir. Sərmayəmizin 99.85%-nin aid olduğu TSKGV-nin tabeçiliyindəki 6 şirkətdən biriyik.

İŞBİR Türkiyə dövlətinin və millətin zavodudur. İŞBİR bu gücünü daima sektorun önündə gedərək qoruyur və inkişaf etdirir. Alternator istehsalı sahəsində flaqman olan İŞBİR ən yaxşı mütəxəssislərin potensialından, ən yaxşı məhsullardan istifadə edərək məhsulların keyfiyyətini ən yüksək səviyyədə təmin edir. Birmənalı şəkildə uzaq şərq mənşəli məhsullardan istifadə etmirik.

Azeri Defence: Məhsul portfeliniz barədə məlumat verə bilərsinizmi?

Bürhan Özgür: Fəaliyyət sahələrimizi generator, alternator, elektrogen qrupları, elektrik panoları və konvertorların dizaynı, yaradılması, istehsalı, testlərinin keçirilməsi, sertifikasiyası, kalifikasiyası və logistic təminatı olaraq sıralaya bilərik.

Azeri Defence: Şirkətinizin hazırda önəm və öncəlik verdiyi layihə və istiqamətlər hansılardır?

Bürhan Özgür: Türkiyədə və dünyada artan enerji istehlakı ilə əlaqədar olaraq enerji sahəsindəki investisiyalar çoxalır. Günümüzdə ekoloji və səssiz generatorlar böyük maraq yaradır və tələb olunur. Bununla əlaqədar, İŞBİR  bir ilkə imza ataraq, Türkiyənin ilk Səssiz Taktik Generatorunu istehsal edib. İŞBİR önəmli bir ehtiyacı qarşılayaraq, 5-10-20-30 kW güclərdə taktik səssiz generatorları istehsal edərək patentini almanın qürurunu yaşayır. Müdafiə sənayesi layihələri çərçivəsində hazırda müəssisəmizdə 5 kW tək, 2×5 kW Dual, 10 kW tək, 2×10 kW Dual, 20 kW tək, 2×20 kW Dual, 30 kW tək və 2×30 kW Dual Taktik Səssiz Generatorların istehsalı davam etməkdədir. Bir sonrakı hədəfimiz daha fərqli güclərdə səssiz taktik generatorları yaratmaq və istehsal etməkdir. Hazırda 50 kVA gücünün üzərində çalışmalarımız davam edir. Qarşıdakı dövrdə isə 500 kVA-lara qədər generatorların istehsalı planlaşdırılır.

Azeri Defence: Müdafiə və təhlükəsizlik sahəsində İŞBİR Türkiyədə və xaricdə hansı layihələrdə yer alır?

Bürhan Özgür: Bu gün gəlinən nöqtədə İŞBİR Türkiyənin müdafiə və aviasiya sənayesində davam edən çox sayda layihədə önəmli yer tutur. Bu çərçivədə bəzi məlumatları bölüşmək istərdim:

  • Türkiyə Silahlı Qüvvələrində istifadə olunan bütün pilotsuz uçuş aparatlarının (PUA) yer sistemlərinin generator qruppları İŞBİR tərəfindən istehsal olunmaqdadır. PUA generator qruplarının istehsalı çərçivəsində, TUSAŞ-ın “Anka”, “Baykar Makina” şirkətinin “Bayraqdar TB2” və “Vestel Savunma” şirkətinin “Karayel” PUA-larının bütün generatorları bizim müəssisələrimizdə, İŞBİR mühəndislərinin dizaynı və texniklərinin əməyi ilə istehsal olunaraq Silahlı Qüvvələrimizin xidmətinə təqdim edilib.
  • Quru Qoşunları Komandanlığının ehtiyacına uyğun olaraq Taktik Sahə Rabitə Sistemlərində (TASMUS) 2 ədəd 15 kVA gücündə yedəkdə daşınan generatorlarımız var. Bu generatorlar eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin də eyni layihəsində istifadə olunacaq. Bundan başqa, Avtomatlaşdırılmış Atəş Dəstək Layihəsi (ADOP) çərçivəsində 2 ədəd 15 kVA generator, Mobil Yüksək Dalğa Kəsmə və Dinləçə Sistemlərində istifadə olunan 2 ədəd 13 kVA Dual generator, Modulyar Müvəqqəti Bazalar üçün istehsal edilən fərqli güclərdə sinxron generatorlar, Sərhəd Təhlükəsizliyi Layihəsi çərçivəsində istifadə edilən 2 ədəd 25 kVA Dual generatorlar və Radiostansiya Sistemi Layihəsi çərçivəsində istifadəedilən 2 ədəd 13 kVA avtomatik yedəkli generatorların istehsalı davam etməkdədir.
  • Hərbi Dəniz Qüvvələri Komandanlığının silahlanmasındakı MİLGEM generatorları layihənin üçüncü gəmisi “Burgazada” və dördüncü gəmi “Kınalıada” ilə davam edib və bu gəmilərin generatorları da İŞBİR tərəfindən istehsal olunub. “Burgazada”nın generatorları artıq dövriyəyə qoşulub və 2017-ci ilin oktyabr ayında liman testləri tamamlanıb. Test və Ölçmə Gəmisində (TVEG) istifadə olunacaq 4 ədəd 750 kVA gücündə generatorların istehsalı tamamlanıb və qurulmaq üçün tərsanəyə göndərilib.
  • İŞBIR Elektrik Sanayi A.Ş. olaraq bir çox müdafiə sənayesi layihəsi ilə yanaşı mülki sektor üçün də generator istehsallarımız davam edir. Hazırda Dövlət Hava Meydanları, bələdiyyələr, banklar, mədən firmaları, inşaat şirkətləri, fabriklər, təsərrüfatlar, qida firmaları və s. üçün fərqli güclərdə generatorlar istehsal edirik.

Azeri Defence: Bürhan bəy, İŞBİR-in ixracat coğrafiyası və hədəfləri ilə bağlı nələri söyləyə bilərsiniz?

Bürhan Özgür: Həm hərbi, həm sənaye, həm də dəniz generatorları üçün bazar axtarışlarına davam edirik. Hazırda İraq, Səudiyyə Ərəbistanı, Pakistan, Qazaxıstan, Qətər, Azərbaycan və digər ölkələrlə olan satış bağlantılarımızı digər Qafqaz və Mərkəzi Asiya, o cümlədən Afrika bazarına girməklə artırmağa çalışırıq.

Azeri Defence: Azərbaycanla bağlı planlarınız nələrdir? Birbaşa satışdan əlavə, birgə istehsalla bağlı fikirlərinizi bilmək istərdik.

Bürhan Özgür: Bir neçə il əvvələ qədər Azərbaycana əhəmiyyətli sayda satışlarımız vardı. Azərbaycan Ordusuna (sərhəd birliklərinə) və özəl sektora generatorlar satmışıq. Ancaq fərqli səbəblərdən ixracatımız xeyli azaldı. İndi hədəfimiz ticarət həcmimizi artırma və dost-qardaş Azərbaycan ilə ticarət əlaqələrimizi inkişaf etdirməkdir.

Bununla yanaşı, dolayı da olaraq generatorlarımız Azərbaycan Silahlı Qüvvələrinin istifadəsinə daxil olmaqdadır. ASELSAN-ın vermiş olduğu sistemlərdə İŞBİR generatorları istifadə olunur.

Azeri Defence: İŞBİR-in yeni nəsil enerji sistemlərinin yaradılması və istehsalı ilə əlaqədar elmi-tədqiqat fəaliyyətləri (Ar-Ge), yanaşması və hədəfləri nələrdir?

Bürhan Özgür: İŞBİR-in araşdırma və yaradılma mərkəzi 9 may 2017-ci ildə Türkiyənin 462-ci Ar-Ge mərkəzi olaraq qeydiyyata alınıb. Şirkətimizin hədəfləri arasında yer alan alternator çeşidlərininartırılması ilə əlaqədar çalışmalarımız tamamlanıb. Alternator məhsullarımızın çeşidi genişləndirilib və demək olaraq hədəflərimizə yetişmişik. Alternator məhsullarının çeşidliliyi fəaliyyətlər yeni texnologiyaların inkişafı ilə davam edəcəkdir.

Ar-Ge mərkəzimizdə yaradılan xüsuusi məhsullar və davam edən müasirləşdirmə layihələrinin yanında yenə də müdafiə sənayesinə birbaşa qatqı təmin edə biləcək, yeni nəsil hybrid sistemlərdə istifadə olunan bilən generatorların və alternatorların dizaynı, bir mənbədən çox enerji əldə etmə prinsipi ilə kogenerasiya sistemləri üzərində də işlər davam edir.

İŞBİR-in əsas hədəfi ölkə iqtisadiyyatına birbaşa töhvə vermək və bu çərçivədə əlavə dəyəri ən yüksək məhsul olan, 100% yerli generator istehsal etməkdir. Şirkətimiz bunu həyata keçirmək üçün generatorlarında yerli mühərriklərdən istifadə imkanlarını öyrənir. Bu cür çalışmalar və oorqtaqlıqlar sayəsində yaxın gələcəkdə 100% yerli generatorları da istehsal edərək ölkə iqtisadiyyatına birbaşa töhvə verməyi qarşıya məqsəd qoymuşuq. Sadəcə generator və alternator istehsalı ilə kifayətlənməyib, elmi-tədqiqat çalışmalarımızın içində enerji effektivliyi, enerji depolama və külək enerjisi sahəsində də işlərimiz davam etməkdədir. Bu günə qədər olduğu kimi, bundan sonra da müdafiə sənayemizə olan qatqımız artaraq davam edəcəkdir.

İstehsal fəaliyyətinin gedərək artması, mövcud istehsal xəttinin bunun müqabilində yetərsiz olması və istehsal prosesinin modernləşdirilməsi çərçivəsində 2017-ci ilin avqust ayında Türkiyənin ilk alternator və generator zavodu olan İŞBİR Balıkəsir Orqanizə Sənaye Bölgəsində 31500 kvadrat metrlik ərazi alıb. Zavodun memarlıq layihəsi tamamlanb və 5 iyul 2018-ci ildə inşaat icazəsi alınıb. İŞBİR tərəfindən yeni zavoda sərmayə iki mərhələdə planlaşdırılır. Birinci mərhələdə ilk çalışmalar bu ilin yanvar ayının 23-də İŞBİR və DEA şirkətinin iştirakı ilə həyata keçirilib. Ikinci mərhələ olan inşaat çalışmaları da təməlqoymadan sonra başlayacaq. Bütün bu mərhələlərə paralel olaraq yeni istehsal avadanlıqlarının və təchizatların alımları davam edir.

Azeri Defence: Son olaraq əlavə etmək istədiyiniz fikirləriniz varmı?

Bürhan Özgür: Azərbaycanda sektorunda çox aktiv bir yeri olan “Azeri Defence” jurnalına şəxsim və İŞBİR-in bütün əməkdaşları adından təşəkkür edirəm. Sizlərin də eyni hədəfləri paylaşdığınızı, ölkəmizin dəyərlərini tanıtmaq üçün böyük səylər göstərdiyinizi yaxından izləyirəm. Çox təşəkkür edirəm, uğurlarınızın davamlı olmasını arzulayıram. HƏR ŞEY DOST VƏ QARDAŞ ÖLKƏ OLAN AZƏRBAYCAN VƏ TÜRKİYƏ ÜÇÜN!

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş