İŞBİR şirkəti MİLGEM korvetinin dizel generator dəstlərinin sınaqlarını keçirib

İŞBİR şirkəti MİLGEM korvetinin dizel generator dəstlərinin sınaqlarını keçirib

Türkiyənin İŞBİR şirkəti MİLGEM korvetinin dizel generator dəstlərinin zavod sınaqlarını keçirib.

Bu barədə “Azeri Defence” saytına “İŞBİR Elektrik Sanayi A.Ş.” şirkətindən məlumat verilib.

Bildirilib ki, Pakistan Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün Türkiyə ilə İslamabad arasındakı MİLGEM (Milli Gəmi) layihəsi çərçivəsində inşa edilən MİLGEM korvetinin sınaqları uğurla tamamalanıb.

MİLGEM korvetinin generatorları Türkiyə Silahlı Qüvvələrini Gücləndirmə Fondunun (Türk Silahlı Kuvvetlerini Güçlendirme Vakfı – TSKV) şirkətlərindən olan İŞBİR-in baş podratçılığı ilə hazırlanıb.

Qeyd edək ki, MİLGEM layihəsi çərçivəsində Pakistan üçün ümumilikdə 4 ədəd korvet inşa ediləcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş