İşğal altındakı Azərbaycan ərazilərində daha bir erməni əsgəri məhv edilib

Ermənistan Müdafiə Nazirliyi cəbhə xəttində daha bir hərbçisinin öldürüldüyünü açıqlayıb.

“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 08:50-də cəbhədə baş verən atışmada Azərbaycan hərbçiləri tərəfindən Ermənistan Ordusunun hərbi qulluqçusu Vardan Atrturoviç Vardanyan öldürülüb.

1994-cü il təvəllüdlü Vardan Vardanyan işğal altındakı Azərbaycan ərazilərində yerləşən Ermənistan Ordusunun hərbi hissələrindən birində müqavilə əsasında xidmət edirmiş.

KATEQORIYA:
Bu xəbəri paylaş