İşğaldan azad edilmiş ərazidən erməni zabitin meyiti tapılıb

Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan ərazidə Ermənistan Ordusunun zabitinin meyiti tapılıb.

Bu barədə “AzeriDefence”yə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Komissiyanın məlumatına görə, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı həlak olmuş və 2016-cı il aprelin 11-də Azərbaycan hərbçilərinin nəzarətində olan ərazidə aparılan axtarış zamanı Ermənistan Ordusunun zabitinin meyiti tapılıb. Aprelin 20-də saat 15.00-da Ermənistan hərbçisinin nəşinin qarşı tərəfə verilməsi barədə aidiyyəti dövlət qurumları tərəfindən qərar qəbul olunub.

Əsr və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası prosesin həyata keçirilməsində humanitar vasitəçi qismində iştirak etmək və qarşı tərəfi məlumatlandırmaq məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət etib.

KATEQORIYA:
Bu xəbəri paylaş