İşğaldan azad edilmiş Füzuli rayonundan foto REPORTAJ

İşğaldan azad edilmiş Füzuli rayonundan foto REPORTAJ

Ötən gün bir qrup yerli və beynəlxalq kütləvi informasiya vasitələrinin əməkdaşları Ermənistanın hərbi cinayətlərini görmək üçün işğaldan azad olunmuş Füzuli rayonuna səfər edib.

Səfərdə təmsil olunan “Azeri Defence”nin əməkdaşı işğaldan azad edilmiş Füzuli rayonu ərazisindən etdiyi foto sessiyanı təqdim edir.

Jurnalistlər əvvəlcə Alxanlı kəndi ərazisində Ermənistan Ordusu tərəfindən atılmış, partlamamış ağ fosfor tərkibli döyüş sursatının Ərazilərin Minalardan təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları tərəfindən zərərsizləşdirilməsi prosesini izləyiblər.

VİDEO

Daha sonra Alxanlı kəndi istiqamətindən işğaldan azad edilmiş ərazilərə daxil olan jurnalistlər  Ermənistan Ordusu tərəfindən dağıdılmış Qaraxanbəyli kəndini keçib, yol boyu düşmənin həyata keçirdiyi vandallıq aktlarını lentə alıblar. Ərazinin düşmən tərəfindən minalanması nəzərə alınaraq, çəkilişlər yalnız minatların təmizləndiyi hərəkət marşrutları boyunca olub.

Ermənistan Ordusu 27 il işğalda saxladığı Füzuli rayonunun yaşayış məntəqələrində bütün evləri və tikililəri, qəbristanlıqları və infrastruktru dağıdıb, rayonu xarabazara çevirib.

Daha sonra Qorqan kəndinin ərazisində düşmənin dayaq məntəqəsi və gizlətdiyi əldəqayırma raket atıcı sistem və döyüş sursatları jurnalistlərə nümayiş etdirilib.

Azərbaycan Prezidentinin köməkçisi – – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Füzuli şəhərində jurnalistlər üçün brifinq keçirib və sualları cavablandırıb.

Müharibədən əvvəl 25 minə yaxın əhalinin yaşadığı, bölgənin ən böyük yaşayış məntəqəsi olan Füzuli şəhərində isə bir ev belə salamat qalmayıb. Şəhəri azad edən Azərbaycan Ordusu bayrağı dağıdılmış binanın divarları üzərinə taxa bilib.

İşğaldan azad edilmiş şəhər və kəndlərdə “iş başında yaxalanana” buldozer və ekskavatorlarla tez-tez rastlaşmılır. Düşmən tikililərin divarlarını son daşına qədər yerlə-yeksan edib, ərazidəki tikili izlərini itirmək planını son günədək davam etdirib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş