“İsgəndər-M” kompleksindən qanadlı raketlərlə atış həyata keçirilib – VİDEO

Kapustin-Yar (Həştərxan vilayəti) poliqonunda Rusiya Silahlı Qüvvələrinin “İsgəndər-M” operativ-taktiki qanadlı raketlərlə döyüş atışı keçirilib.

Bu barədə “AzerİDefence” Rusiya mətbuatına istinadən məlumat verib.

Atışlar aprelin 15-də həyata keçirilib.

9K720 “İsgəndər-M” operativ-taktiki raket kompleksi 1990-ci illərdə hazırlanıb və 2006-ci ildə silahlanmaya qəbul olunub. Raketin atış məsafəsi 500 kilometr, ixraca təklif olunan versiyada isə 280 kilometrdi. Kompleksdən hədəfi yüksək dəqiqliklə vurmağa imkan verən 9M728 (Р-500) qanadlı raketlərinin də tətbiqinə başlanıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş