“İsgəndər-M” raketi ilk dəfə Tacikistanda atılacaq

“İsgəndər-M” operativ-taktiki raket kompleksləri (OTRK) ilk dəfə Tacikistanda keçirilən “Düşənbə-Antiterror – 2017” adlı təlimlərdə istifadə olunur.

“AzeriDefence”nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi hərbi dairə qoşunları komandanı general-polkovnik Vladimir Zarudnitski bildirib.

“Texnikanın daşınmasını Rusiya Hərbi Kosmik Qüvvələrinin təyyarələri (An-124-100 “Ruslan”) həyata keçirib”, – deyə general-polkovnik əlavə edib.

V.Zarudnitskinin sözlərinə görə, hərbiçilər təlim vaxtı dağlarda şərti terrorçuların baza düşərgəsinə döyüş raketlərini buraxılmasını yerinə yetirəcəklər.

Qeyd edək ki, “Düşənbə-Antiterror – 2017”nin ilk təlimlərini MDB ölkələrinin Silahlı Qüvvələrinin cəlb olunması ilə antiterror mərkəzi keçirir. Tacikistanda təlimlərin aktiv mərhələsi mayın 30-da başlayacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş