“İskra” yeni üç koordinatlı radiolokasiya stansiyasını sınaqdan keçirir – VİDEO

Ukraynanın “İskra” Elmi-İstehsalat Müəssisəsi üç koordinatlı 80K6T indeksli radiolokasiya stansiyasının (RLS) sınaqlarını keçirir.

Bu barədə “AzeriDefence” “Ukroboronprom”un mətbuat xidmətinə istinadən məlumat verib.

RLS hava hücumundan müdafiə qoşunlarının tərkibində istifadə üçün nəzərdə tutulub və Ukrayna Silahlı Qüvvələrinin invertarında yer alan bütün növ AA raket sistemləri ilə dəstləşdirilə bilər.

Bundan əlavə, güclü radar imkanları RLS-i Hərbi Hava Qüvvələrinin bölmələri daxilində informasiya əlaqəsi kimi istifadə etməyə imkan verir.

80K6T-nin əsas xüsusiyyəti hədəfləri yüksək dəqiqliklə aşkar etmək və izləməkdir. Eyni zamanda RLS stansiyası hədəfin məsafəsini, azimutunu və hündürlüyünü eyni vaxtda ölçmək kimi funksiyaları yerinə yetirir.

Üç koordinatlı 80K6T 500 km-ə qədər uzaqlıqda, 40 km yüksəklikdə yerləşən hədəfləri aşkar edə bilir və eyni vaxtda 500 hədəfi izləmə qabiliyyətlidir. Stansiya radiodalğa qarışdırıcılarına qarşı yüksək səviyyədə qorumaya da malikdir. Bunun sayəsində sistem öz işini maneəsiz şəkildə davam etdirir və müəyyən edilmiş ərazini müşahidə edir.

Radar 5 saniyədən bir, yəni dəqiqədə 12 dəfə məlumatların avtomatik şəkildə yenilənməsini təmin edir. 70 dərəcəli bucaq altında ərazidəki artilleriya raketlərini aşkarlamağa imkan verir.

KATEQORIYA:
Bu xəbəri paylaş